Anemiyanın yaratdığı xəstəliklər

Anemiyanın yaratdığı xəstəliklərQanazlığı ya da anemiya, vücudda orqan və toxumalara kifayət miqdarda oksigen daşımaq üçün gərəkli miqdarda sağlam qırmızı qan hüceyrəsi mövcud olmadığı zaman ortaya çıxan vəziyyətdir.

Doktorinfo.az məlumat verir ki, dövranda mövcud olan qırmızı qan hüceyrələrinin sayısında azalma olduğu zaman qansızlıq meydana gəlir. Adətən xəstəliklər səbəbindən vücudun sağlam qırmızı qan hüceyrəsinin istehsal qabiliyyəti təsirləndiyi zaman və ya qan itkisi zamanı bu hal meydana çıxır. Məktəbəqədər dövrdə uşaqlar daha çox risk altındadırlar.

Qanazligi neden yaranir?

Qanda kifayət qədər sağlam qırmızı qan hüceyrəsi və ya hemoqlabin olmadığında ortaya çıxan bir vəziyyətdir. Hemoqlabin, qırmızı qan hüceyrələrində mövcud olan, oksigenin daşınmasında rol oynayan molekuldur. Vücudda çox az sayıda və ya anormal quruluşda qırmızı qan hüceyrəsi varsa və ya hemoqlabinin quruluşu anormal və ya miqdarı aşağıdırsa anemiya əlamətləri ortaya çıxar. Yorğunluq, halsızlıq kimi özünü biruzə verən qansızlıq əlamətləri, vücud toxumalarına kifayət qədər oksigenin ötürülməməsi nəticəsində inkişaf edir.

Vücudun həyatda qala bilməsi üçün qırmızı qan hüceyrələrinə ehtiyacı vardır. Qırmızı qan hüceyrələrinin quruluşunda dəmir molekulları və kompleks protein olan hemoqlabin mövcuddur. Bu molekullar, ağciyərlərdən vücudun geri qalan qisminə oksigen daşıyır. Anemiya, qanda kifayət qədər qırmızı qan hüceyrəsi mövcud olmadığı zaman ortaya çıxır. Bəzi xəstəliklər zamanı qırmızı qan hüceyrələrinin sayısında azalma müşahidə edilir.

Qanazliginin sebebleri asagidakilardir:

Vücudda kifayət qədər qırmızı qan hüceyrəsi istehsal edilmir

Qanaxma səbəbiylə qırmızı qan hüceyərlərinin azalması

Qırmızı qan hüceyrələrinin vücudda normadan daha qısa müddətdə yox edilməsi

Fərqli anemiya tiplərinin fərqli səbəbləri də vardır. Anemiya tiplərinə görə müalicə forması da müxtəlif olur.

Dəmir əksikliyi anemiyası: Ən yayğın görülən anemiya növüdür. Vücudda görülən dəmir azlığından qaynaqlanır. Həmçinin menstruasiya, mədə problemləri, xərçəng xəstəliyi zamanı dəmir əksikliyi yarana bilər.

Vitamin əksikliyi səbəbindən yaranan anemiya: Dəmirlə yanaşı, vücudun qırmızı qan hüceyrəsi istehsal etməsi üçün fol turşusu və B12 vitaminə ehtiyacı vardır. Bu vitaminlərin əksik alındığı bir pəhriz, qırmızı qan hüceyrəsi istehsalının azalmasına yol açır.

Xronik xəstəliklər səbəbindən yaranan qanazlığı: Xərçəng, revmatoid artrit, böyrək xəstəliyi kimi bəzi iltihabi problemlər, qırmızı qan hüceyrələrinin istehsalına maneə ola bilər.

Sümük iliyi xəstəliyi ilə bağlı yaranan anemiya: Bu növ xətəliklər sümük iliyində qan hüceyrələrinə təsir edərək qansızlıq yaradır.

Orqanizmdə dəmir çatışmazlığı ciddi patoloji hal sayılır və bu hal insanda bir çox xəstəliklərin meydana gəlməsinə əlverişli şərait yaradır.

Aparılan araşdırmalara görə, dünya əhalisinin təxminən 30 faizində dəmir çatışmazlığı var.

Bəs bu orqanizm üçün hansı problemləri yaradır?

Dəmir qan tərkibinin ən vacib maddələrindən biridir. İmmuniteti gücləndirir, metabolik proseslərdə iştirak edir, fiziki və əqli işin məhsuldarlığını artırır, orqanizmi enerji ilə təmin edir.

Orqanizmdə dəmir çatışmazlığı dəmir defisitli anemiya xəstəliyidir ki, buna el arasında qanazlığı da deyilir.

Anemiyanın yaratdığı xəstəliklərAnemiyanın əlamətləri nələrdir?

Bir çox qansızlıqda bu simptomlar görülə bilər:

Tez yorulma və enerki itkisi

Nəfəs darlığı

Sinə ağrısı

Baş ağrısı

Baş gicəllənməsi

Ayaqlarda qıcolmalar

Yuxusuzluq

Dəridə solğunluq

Bəzi anemiya formalarının spesifik simptomları ola bilir. Bu əlamətlər aşağıdakı kimidir:

Dəmir əksikliyi anemiyası: Buz, kağız və ya torpaq kimi qəribə maddələri yemə istəyi, "qaşıq dırnaq" olaraq adlandırılan dırnaqların yuxarı doğru əyriliyi, ağız ətrafında çatlaqlar

B12 vitaminin əksikliyi: Əllərdə və ya ayaqlarda uyuşuqluq, toxunma hissinin itkisi, yerimədə çətinlik, qollarda, ayaqlarda sərtlik müşahidə edilə bilər.

Xronik qırmızı qan hüceyrəsi itkisinin səbəb olduğu anemiya: Sarılıq (dəri və gözlərdə saralma), qırmızı rəngli idrar, ayaqlarda yaralar, uşaqlıq dövründə zehni gerilik yaşana bilər.

Fol turşusu əksikliyinin anemiyası: Əsəbilik, ishal kimi hallar yaşana bilər.

Qanazliginin yaratdigi xestelikler

Anemiyası olan bəzi şəxslərdə aritmilər görülə bilir. Aritmiya ürək döyüntüsünün sürəti ya da ritmi ilə bağlı problemdir. Aritmilər zamanla ürəyə zərər verərək çatışmazlığa yol aça bilərlər.

Anemiya vücudunuzdakı digər orqanlara da zərər verə bilər, çünki qanınız bu orqanlara kifayət qədər oksigeni təmin edə bilməz.

Anemiya xərçəng xəstələrinin immun sistemini daha da zəiflədə bilər. Bu da müalicənin effektini yüksək dərəcədə aşağı endirər.

Qanazlığı həmçinin bir çox sağlamlıq problemlərinə yol aça bilir.

Böyrək xəstəliyi və anemiyası olan şəxslərdə ürək problemlərinin ortaya çıxması daha mümkün haldır. Bəzi növ anemiyalarda çox az maye qəbulu və ya vücuddakı mayenin həddindən çox itkisi görülə bilir. Ağır maye itkisi isə həyati təhlükə yarada bilər.

Anemiyanın yaratdığı xəstəliklərQanazliginin mualicesi nece edilir?

Müxtəlif üsulları vardır. Müalicə anemiyanın formasına və səbəbinə görə təyin edilir.

Əgər dəmir əksikliyindən qaynaqlanırsa pəhriz dəyişkənlikləri edilə bilər. Dəmir əksikliyini bərpa etmək üçün dərman müalicəsi təyin edilir.

B12 əksikliyi ilə bağlıdırsa bu vitamini bərpa etmək üçün dərmanlar qəbul edilir.

Talassemiya varsa, müalicə üçün fol turşusu əlavəsi, qan, sümük iliyi nəqlinə ehtiyac vardır. Xronik xəstəlikdə isə spesifik müalicə növü yoxdur. Bəzən isə qan azlığı yarada biləcək dərmanlardan istifadədən imtina edilərək əvəzedicisi təyin edilir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 13 iyun 2024

Oxşar xəbərlər

Enməmiş xaya, kriptorxizm nədir?

Oğlan uşaqlarında ana bətnində olarkən xayaların mayası hər iki tərəfdə, bel nahiyəsində qoyulur. İnkişaf etdikcə xaya xayalığa doğru enməyə başlayır. 8-9-cu aylarda xayalığa enir. Doğulan zaman isə xaya xayalıqda olur. Bəzə

Talassemiya xəstəliyi

Tibb dilində "Talassemiya" olaraq bilinən "Aralıq dənizi anemiyası" irsi qan xəstəliyidir. xəbər verir ki, doğulan uşağa, ana və atasından "Beta talassemiya" geninin keçməsi ilə yaranan qalıc

Qarın ağrısı

Bir çox insan qarın ağrısından əziyyət çəkir. Qarın ağrısı, qarın nahiyənizdəki hansısa bir orqandan və ya həzm sisteminizdə yaranan problemdən qaynaqlana bilər. məlumat verir ki, qarın ağrısı adətən mədə ağrısı ilə qarışdırılır

Sidiyə gedərkən yanma hissinin müalicəsi

Sidik yollarında və ya sidiyə gedərkən ağrı və yanma müxtəlif səbəblərdən qaynaqlanır. Ülser, məsanə iltihabı, prostat iltihabı, məsanə şişi, yumurtalıq iltihabı, apandisit düşünülə bilər. Bu səbəbdən müalicəyə keçmədən öncə

Herpesin müalicəsi

Herpes virusu insanlarda tez-tez görülən və adətən ağrılı lezyonlara yol açan bir virus ailəsinin üzvlərini əhatə edən termindir. Bu virus ailəsi xüsusilə herpes simpleks virusu 1 və herpes simpleks virusu 2 olmaq üzrə ik

Bağırsaq ağrısının səbəbləri

Bağırsaq ağrısı bir çox insanların ortaq problemidir. Bagirsaq sistemində baş verən pozğunluqlar adətən bağırsaq sindromu, xroniki enterit, kron, qeyri-spesifik xoralı kolit zamanı yaranır. məlumat verir ki, ağrının səbəb

Qulaq ağrısı

Qulaq ağrısı, insanı çox narahat edən, gündəlik həyata mənfi təsir göstərən ağrılardandır. Yanma, batma kimi fərqli ağrı növləri ilə ortaya çıxa bilər. Qulaq ağrıdığı zaman müşahidə edilən simptomlar, fərqli sağlamlıq xəstəliklər

Sümük xərçənginin əlaməti

Xərçəng bir çox orqanda yarana bilən, ölümlə nəticələnən ağır xəstəlikdir. Erkən diaqnoz və müalicə bu xəstəlik zamanı həyati önəm kəsb edir. Hətta sümüklər, yumşaq toxumalarda belə yaranması mümkündür. xəbər verir ki, bəzə

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,


masaj yuxuda hamilelik testi tecili yardim dis agrisi cinsi xestelikler
masaj
is elanlari