Allergiya nədir? - Əlamətlər və müalicə

Allergiya nədir? - Əlamətlər və müalicəAllergiya deyilən zaman ağıla daha çox bahar ayları və polenlər gəlir. Ancaq allergiya sadəcə bahar ayları deyil, hər ilin mövsümü yaşanır. Xüsusilə allergik mənşəli şəxslərin ev ortamında alacaqları tədbirlər yaşana biləcək sıxıntıların önünə keçə bilir.

Doktorinfo.az xəbər verir ki, allergiya, orqanizmin müəyyən faktorların vücuda təsir etdiyi zamanda verdiyi reaksiyadır. Allergiyanı allergen yaradır.

Bu əlamətlərə diqqət edin:

Bir çox şəxs üçün zərərsiz olan polen, kif, toz, dərman və ya qidalar bəzi insanların immun sistemində reaksiyalara səbəb ola bilməkdədir. İmmun sisteminin reaksiya verməsi nəticəsində yaranan allergiyanın müalicəsində dərmanlar vacibdir. Qıcıqlandran faktorlardan uzaq durmaq müalicənin ilk mərhələsidir. Bunun üçün xüsusilə allergiyaya səbəb olan faktorların müəyyənləşməsi və allergiya əlamətlərinin bilinməsi vacibdir. Allergiyalar şəxsdə yaranmış olan allergenə görə fərqlənir.
Bəzi göstəricilər ümumi allergiyalı insanlarda mövcud olur.

Allergiya nədir? - Əlamətlər və müalicə

Allergiyanin elametleri:

Burun axıntısı, burun tıxanıqlığı, asqırma

Gözlər və burunda qaşıntı

Nəfəs darlığı

Öskürmə

Dəridə səpki, qızarıqlıq və ya qaşıntı

Yorğunluq

Baş ağrısı

Mədə bulantısı və qusma

Bəzi hallarda qızdırma da ola bilər.

Allergiyaya qarşı tədbirinizi görün

Allergiya bir sahəli deyil, müxtəlif növləri mövcuddur:

Qida allergiyası

Süd allergiyası

Polen allergiyası və s.

Polen, kirli hava kimi xarici ortamlardakı allergenlərə qarşı tədbir almaq çətin ola bilir. Xüsusilə bahar aylarında polenlərin artması allergik mənşəli şəxslərin çətin zamanlar keçirməsinə səbəb ola bilir. Mümkün olduğu qədər polen kimi allergendən qorunmaq vacibdir.

Polenə qarşı allergiyası olanların pəncərəni bağlı saxlamaqları tövsiyə edilir. Uyğun olmayan ev ortamında allergenlər arta bilər.

Ancaq allergenlər sadəcə xarici ortamda mövcud olmur. Uyğun olmayan ev ortamında allergenlərin artmaq ehtimalı yüksəkdir.

Qeyd edək ki, allergiya ilə bağlı bəzi xəstəliklər də eyni əlamətləri özündə daşıya bilər.

Bunlar hansılardır?

Bronxial astma

Allergik rinit (rinosinusit, rinokonyuktivit)

Dərman allergiyası

Qida allergiyası

Dəri allergiyası (övrə, angionevrotik ödem, atopik dermatit, kontakt dermatit) və s.

Bu kimi xəstəliklər üçün allerqoloqa müraciət etmək gərəklidir.
Allergiya nədir? - Əlamətlər və müalicəAllergiyaya qarşı ev içində alına biləcək tədbirlər hansılardır?

Ev şəraitində allergiyanin mualicesi:

Siqaret kimi tütün məhsullarından istifadə edilməməlidir.

Yataq otağının örtükləri tez-tez dəyişdirilməlidir.

Yunlu və ya quş tükü məhsullarından uzaq durulmalıdır. Yastıq və örtükləri həftədə bir dəfə 55 dərəcədə üzəri istilikdə yuyun.

Ev heyvanları saxlamayın.

Evdə kiflərə qarşı tədbir alın. Buna görə təmizlik məhsullarından istifadə edin və evi mütəmadi olaraq havalandırın.

Yataq otağında xalça, toz tutan əşyalar kitab, çiçək və bitkinin olmamağına diqqət edin.
Allergiya nədir? - Əlamətlər və müalicəPambıq və yunlu əşyalarını azaldın. Paltarları 60 dərəcədən yüksək istilikdə yuyun.

Qida allergenlərinə qarşı qatqı maddələri və boyalı qida və içkiləri istifadə etməyin.

Paltarlarınız allergik olmamalıdır.

Cücülərdən xilas olmaq üçün binanı dərmanlatdırın.

Əl təmizliyinə diqqət edin.

Allergiyanın tibbi mualicesi:

Bunun üçün edilən prik test ən yaxşı başlanğıcdır. Allergenin tapılması uğurlu müalicənin ilkin mərhələsidir. Çünki hər allergenə görə edilən müalicə üsulu fərqli ola bilər.

Müalicə zamanı inqalyasiya, burun spreyləri, dərmanlardan, hətta qrip peyvəndindən də istifadə edilir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 01 iyul 2024

Oxşar xəbərlər

Ayaqda göbələk xəstəliyi

Ayaqda göbələk problemi, ayaqlarda qaşıntı və parlaq qırmızı səpkilərə səbəbiyyət verən infeksiyadır. xəbər verir ki, bu infeksiya, soyulma, yanma hissi, qızarıqlıq, su toplama, qaşıntı və yaralara səbəb olur. Çox görülə

Qaraciyərdə ləkə nədir?

Qaraciyərdə ləkə görüntülənmə üsullarıyla edilən müayinələrdə müəyyənləşən, qaraciyərin normal qismlərindən fərqli görünən sahələri ifadə edər. xəbər verir ki, bu ləkələr əksər zaman müəyyən səbəblərə bağlı olaraq ortay

Sümük xərçənginin əlaməti

Xərçəng bir çox orqanda yarana bilən, ölümlə nəticələnən ağır xəstəlikdir. Erkən diaqnoz və müalicə bu xəstəlik zamanı həyati önəm kəsb edir. Hətta sümüklər, yumşaq toxumalarda belə yaranması mümkündür. xəbər verir ki, bəzə

Ayaqda sinir ağrısı müalicəsi

Ayaq biləklərində yaranan ağrıların səbəblərindən biri ayaq biləyi ətrafındakı toxumanın ayaq biləyi hərəkətləri ilə sıxışmasından qaynaqlı ola bilər. Basketbolçular, futbolçular, rəqqaslar ayaq biləkləri sıx olaraq yuxar

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Papilloma xəstəliyi

HPV, insanlar arasında olduqca yayğın olan, əksər insanda problemə yol açmasa da bəzi insanlarda genital ziyil və xərçəngə səbəb ola bilən virusun adıdır. Bu virus dəriyə təsir göstərir. xəbər verir ki, bir çox tipi ağız

Pişikdən insanlara keçən xəstəliklər

Ev heyvanlarının sağlam həyat yaşaması insanlıq borclarından biridir. Ev heyvanlarını mütəmadi həkimə aparmaq, peyvəndlərini vurdurmaq əsas şərtlərdəndir. Ancaq ev heyvanlarına qulluq zamanı bəzi tədbirləri əldən verməmə

Viral infeksiyalar nədir?

Viral infeksiyalar, virus adı verilən mikroskopik orqanizmlərin vücuda yoluxması nəticəsində ortaya çıxan infeksiyalardır. Bu viruslar, hüceyrələrə zərər verərək çoxalır və müxtəlif xəstəliklərə səbəb ola bilirlər. xəbə


masaj yuxuda babasil mualicesi sekis tecili yardim mede agrisi
masaj
is elanlari