doktorinfo

Kateqoriya
Axtar

Loqoped


Loqoped kimdir?

Loqopedlər nitq pozuntularını aşkar və korreksiya edən mütəxəssisdirlər. Loqoped mütəxəssisinə uşaqdan böyüyə hər kəs müraciət edə bilər.

Loqopediya nədir?

Nitq, insana məxsus olan ali psixi funksiyadır. Loqopediya, nitq qüsurları, növləri, onların aşkar edilməsi, yaranma səbəblərinin xüsusi metodlarla aradan qaldırılması və fərdin nitqinin və təfəkkürünün normal formalaşmasına xidmət edən elmdir. Loqopediya elminin əsas məqsədi uşaqlarda yaranan nitq qüsurlarını aradan qaldırmaqdır.
Nitq problemləri adətən uşaqlarda daha çox müşahidə edilir. Uşaqlar arasında gecikmiş nitq, yanlış qurulan ünsiyyət, natamam nitq daha çox müşahidə edildiyindən hekim loqoped daha çox uşaqlarla məşğul olur.
Loqopedin səlahiyyətlərinə uşaqlarda diqqət, yaddaş, təfəkkür, motorika bacarıqlarının inkişaf etdirmək daxildir. Loqoped həkim, bir sıra sahənin mütəxəssisi ilə əməkdaşlıq edir.
Loqoped hekim nitq pozğunluğu olanlarda səs və vizual məşqlərlə məşğul olur, onlarla leksik və qrammatik əlaqə yaradır. Beləliklə en yaxsi loqoped düzgün nitqin formalaşmasında əvəzsiz rol oynayır.

Loqopedə nə zaman müraciət edilməlidir?

Nitq pozğunluğu
Gecikən nitq
Yanlış qurulan nitq
Nitq və diqqət əksikliyi
Kəkələmə
Ünsiyyət pozğunluqları
Səs tələffüzünün pozulması və s. kimi vəziyyətlərdə müraciət əsas şərtdir.
Ən yaxşı loqopedin terapiyaları şəxslərə gündəlik həyatlarında və sosial münasibətlərdə daha yaxşı ünsiyyət qurmağa kömək edir.
Uşaqlarla loqopedik dərslər minimum 2,5-3 yaşlarından başlanılır.
doktorinfo