Günel Abbasova
Həkim Haqqında
Ultrasəs müayinəsi üzrə ixtisaslaşıb (UZİ). Qarın boşluğu orqanlarını, boşluqətrafı sahədəki üzvləri, kiçik çanaq orqanlarını və damarları, həmçinin vəzləri (süd və qalxanvarı vəziləri) və limfatik düyünləri, qaraciyəri müayinə edir. Daxili orqanların və qadın cinsiyyət orqanların xəstəliklərini diaqnostikası, neyrosonoqrafiya, timus vəzi, hamiləlik dövründə doppleroqrafiya, boyun damarlarının (yuxarı və aşağı ətraf damarların) və arteriyaların doppleroqrafiyası. Pasientlərə döş və qarın boşluğu xəstəlikləri, ginekoloji və uroloju pozuntular zamanı USM-müayinəsi xidməti göstərir.
Həkim haqqında
İş təcrübəsi:
2011—2012 — Siyəzən Rayon Xəstəxanası, USM-mütəxəssis;2012—2013 — Dokuz Eylül Üniversitesi (İzmir, Türkiyə);2013 — hazırkı dövrə qədər — «Vitamed» tibb mərkəzi, USM-mütəxəssis.
Təhsili
Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil almışdır. (2004—2010).2010-2011-ci illərdə İnternatura keçmişdir.
Kurslar
2012-2013-cü illərdə Türkiyənin İzmir şəhəri, "Dokuz Eylül Üniversite-Hastanesin"-də, Tibb fakültəsi Qadın Xəstəlikləri və Doğum Anabilim bölməsində "Jinekolojik və Obstetrik - Fetal Doppler" (Ginekologiya - Hamiləlik Doppleroqrafiyası) və Radioloji Anabilim bölməsində "Ultrasonografi Doppler" (Ultrasəs və Doppler) ixtisasları üzrə kurs keçmişdir.
Prosedurlar
ultrasəs müayinəsi (USM).