Bronxit: Əlamətləri və təbii müalicəsi

Bronxit: Əlamətləri və təbii müalicəsiBronxit, ağciyərlərə hava daşıyan bronxların mikroorqanizmlər, siqaret istifadəsi ya da allergenlər səbəbiylə mukus və xırıltı ilə ortaya çıxan iltihablanma vəziyyətidir. Hava yolları divarında olan bu iltihablanma hava yollarının içəridən şişərək ödəm qalınlaşmasına və bəlğəm artışına səbəb olur. Bronxiti olan şəxslər, solğun rəng və qatı bəlğəm öskürürlər. Şəxsin yaşına, xəstəlik keçmişinə və mövsüm keçişlərinə görə bronxit növü də dəyişiklik göstərir.

Bronxit barədə daha ətralı məlumat üçün məqaləni sonadək oxuya bilərsiniz.

Doktorinfo.az xəbər verir ki, həm akut bronxitdə həm də xronik bronxitdə bronxlarda sisme və mukus artışının olduğu üçün ən böyük əlamətdir. Həmçinin nəfəs darlığı, çətin çıxan bəlğəm əlamətlər sırasındadır.

Xroniki bronxitdə isə xüsusilə hərəkətlə gələn nəfəs darlığı və xırıltısının artması yorğunluq halı və hətta tez-tez sətəlcəm keçirmə kimi vəziyyətlər görülür. Bununla yanaşı ən az iki il ərzində, il daxilində 3 ay boyunca bəlğəmli öskürək də şikayətlər arasında mövcuddur.

Bronxitin elametleri:

Kəskin öskürək

Boğazda belğemin yaranması

Qızdırmanın yüksəlməsi

İştahsızlıq

Bronxit: Əlamətləri və təbii müalicəsiTənəffüsdə sıxıntı, nəfəs darlığı

Qarın ağrısı

Halsızlıq və yorğun hiss etmək

Bronxitin müalicəsi necə aparılır?

Bronxitin müalicəsində əsas hədəf, bronxlardakı şişliyi azaldıcı və artan tündləşmiş bəlğəmi yumşaldıcı dərmanların istifadəsidir.

Belə xestelerde bir növ dəstək məqsədli müalicələr edilir. Əlavə olaraq bol maye qəbulu, kimyəvi maddələrə meruz qalmamaq lazımdır.

Bronxitin müalicəsində buxarlaşan məlhəm, C vitamini tərkibli qidalar arasındadır.

Müalicədə aşağıdakılar istifadə edilərsə faydalı ola bilər:

Bol maye qəbulu

Bal və limonlu ilıq su içmək (Əgər hansınasa qarşı allergiya yoxdursa)

Zəncəfil, sarıkök kimi bitki çayları

Duzlu su ilə qarqara etmək

Tütün məhsullarından imtina

İnhalyasiyadan istifadə etmək.

Əksər zaman virus səbəbli olduğu üçün akut bronxitdə antibiotik istifadəyə ehtiyac yoxdur. Xüsusilə infeksiya əlaməti olmadan təkrarlayan bronxit krizlərində allergik olan və ya olmayan astma mütləq ağıla gəlməlidir.
Bronxit: Əlamətləri və təbii müalicəsiAstma ilə bronxit arasındakı əlaqə nədir?

Astma da əslində bir növ bronxitdir. Astma xəstəliyində hava yollarında yəni bronxlarda inkişaf edən inflamasyon mikrobik deyildir. Allergenlərə, müxtəlif toz, duman və ya kimyəvi maddələrə bağlı olaraq ortaya çıxa bilər.

Bronxitin müalicəsində tibbi vasitələrlə yanaşı təbii vasitələrdən də istifadə edilir.

Bronxitin tebii mualicesi nece aparilir?

Gərəklidir:

5 qr dəvədabanı yarpağı

5 qr zirə

10 qr bəlğəmotu kökü

25 qr şirin biyan kökü

Hazırlanması:

Xırda doğranılaraq qarışdırılır. Daha sonra qarışıqdan 1 xörək qaşığı götürülür. Üzərinə 1 stəkan qaynar su əlavə edilir. 2 saat ərzində dəmlənilir və süzülür. Gün ərzində 3 dəfə istifadə etmək mümkündür. 1 xörək qaşığı qədər qəbul edilməlidir.

Digər resept:
Bronxit: Əlamətləri və təbii müalicəsi1 stəkan süd və 1 xörək qaşığı adaçayı bir qaba tökülür. Az qazda qaynadılır. Soyudulur və daha sonra yenə qaynadılır. Yatmazdan öncə isti halda qəbul edilir.
Gülxətmi bitkisi də öskürək əleyhinə olan bitkilərdən hesab edilir.

Bunun üçün xırdalanmış 50 qr gülxətmi kökü lazımdır. Həmçinin 50 qr kəklikotu kökü qarışığından 3 xörək qaşığı 0,5 l qaynar suda 10-15 dəqiqə dəmlənilir. Gün ərzində 3 dəfə qəbul edilir. 0,5 stəkan qəbul etdilməyi kifayətdir.

Moruq yarpaqlarının çayını içmək də sinəyə çox yaxşı təsir göstərir. Bəlğəmin qarşısını alır. Laringit və bronxit zamanı tövsiyə edilir.
Həmçinin bununla bağlı həkim-fitoterapevt Fizuli Hüseynov da bu problem üzrə faydalı olacaq məcunun reseptini təqdim edib.

Gərəklidir:

Qarazirə tozu 50 qram

Ud hindi tozu 50 qram

Andız kökü tozu 40 qram

Biyan kökü tozu 40 qram

Bal 500 qram

Propolis (vərəmum) 50 qram

Zəncəfil tozu 40 qram

Keçibuynuzu bəkməzi 500 qram
Bronxit: Əlamətləri və təbii müalicəsiHazırlanması:

Bitkilər quru toz formasında olmalıdır. Bunlar bal və bəhməzlə qarışdırılır. Propolisi 1 gün ərzində soyducunun buzxanasında saxlayıb sürtkəcdən keçirib məcuna qarışdırmaq lazımdır. Hazır olan qarışımı böyüklər və kiçiklər istifadə edə bilərlər. Belə ki, böyülklər, uşaqlar da gündə 3 dəfə istifadə edə bilərlər. Böyüklər yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı, uşaqlar isə 1 saat əvvəl 1 çay qaşığı qədər qəbul etməlidirlər. Məcundan bronxit xesteleri ilə yanaşı xroniki bronxit, allergik bronxit, və astma xəstələri də istifadə edə bilərlər.

Qeyd edək ki, məcuna qatılanlara qarşı allergiyanızın olub-olmadığından əmin olduqdan sonra istifadəniz tövsiyə edilir.


DOKTORINFO.AZ
Xəstəliklər       Tarix: 14 iyun 2024

Oxşar xəbərlər

Zob xəstəliyi: Əlamətləri və müalicəsi

Zob, qalxanvari vəzin ifraz etdiyi hormonların səviyyəsindəki balansın pozulması nəticəsində meydana çıxır. Boyunun ön alt qismində, nəfəs borusunun ətrafında mövcud olan qalxanvari vəzin böyüməsinə və şişməsinə zob deyilir

Böyrək iltihabı, nefrit xəstəliyi

Böyrək iltihabı, digər adı ilə bilinən nefrit alt sidik yolları deyilən üretra və məsanə qaynaqlı infeksiyanın zamanında ya da doğru müalicə edilə bilməməsi sonrasında böyrəklərin birində və ya ikisində birdən irəliləməs

Cinsi orqanda göbələk xəstəliyinin müalicəsi

Kandida cinsindən olan göbələklər cinsi yolla yoluxa bilən xəstəlik törədicisidir. Kişilərlə müqayisədə qadınlarda daha çox rast gəlinir. xəbər verir ki, bir neçə forması mövcuddur. Bes cinsiyyet yollarinda yaranan gobele

Öd kisəsi ağrısı zamanı nə etməli?

Öd kisəsi axacaqlar vasitəsilə qaraciyərə birləşir. xəbər verir ki, öd yağlı qidalar və amin turşularının həzmində iştirak edir. Bes od kisesi agrisina ne sebeb olur?. Xolesistit, . Qalxan xolangit,. Biliar kolik, . Öd daşları,

Qızılca xəstəliyinin müalicəsi

Boğaz ağrısı, qızdırma, baş ağrısı və səpgilərlə xarakterizə edilən yoluxucu xəstəlikdir. Vücudun çox hissəsini əhatə edən parlaq qırmızı səpgi olaraq özünü göstərir. məlumat verir ki, hər qızılca xəstəliyi boğaz ağrısı v

Topuq ağrısı nə üçün olur? – Altda yatan səbəblər

Topuq, ayağın daban qismində mövcud sümüklü quruluşdan meydana gəlir. Vücud ağırlığının çox hiss edildiyi vücud nahiyələrindən biridir. Topuqda ağrı yaranmasının bir çox səbəbi ola bilər. Gün ərzində ayaqda durmaq, uyğu

Ürək ağrısının əlamətləri

Ürək-damar xəstəlikləri hər il ölümlərin ən geniş yayılan səbəblərindəndir. Bu xəstəliklərə yol açan faktorlar mövcuddur. Urek-damar xesteliklerinin sebebleri. təqdim edir:. Duzlu və şəkərli, həddindən çox yağlı qidaları

Pnevmoniya (Sətəlcəm) müalicəsi

Pnevmoniya - xalq arasında bilinən sətəlcəm, ağciyərin iltihablanmasıdır. xəbər verir ki, müxtəlif mikroorqanizmlərlə əlaqəli olaraq meydana gəlir. Bəzi pnevmoniya növlərində xəstə şəxsdən sağlam insana yoluxma riski vardır

Mədə kiçiltmə əməliyyatı

Mədə kiçiltmə əməliyyatı, vücud kütlə indeksi 40 faizinin üzərində olan xəstələrdə ya da 30 faiz olub da diabet, yüksək təzyiq və astma kimi narahatlıqlara sahib olan xəstələrdə tətbiq edilməkdədir. Günümüzdə artıq çəkilərin


masaj yuxuda cinsi xestelikler babasil mualicesi tecili tibbi yardim qarin agrisi
masaj
is elanlari