doktorinfo

.

Səhər Əliyeva

Həkim Haqqında
Mama-ginekoloq 
1971-ci ildən Bakı şəhər 6 saylı Doğum Evində işləməyə başlayıb, orada Baş həkim vəzifəsində çalışıb.1986-cı ildən etibarən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda çalışmağa başlayıb. Hazırda orada "I Mamalıq" şöbəsinin müdiri vəzifəsində işləyir;2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar həkim" fəxri adına layiq görülüb.Hal-Hazırda Respublika Müalicəvi Diaqnostika Mərkəzində mama-ginekoloq vəzifəsində çalışır.
Təhsili
1964-1970-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsini bitirib.
Kurslar
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Mama-ginekologiya – 1977;Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Mama-ginekologiya – 1989;"Təhlükəsiz analıq" üzrə praktik-nəzəri təlim – 2001;"Effektiv perinatal qulluq" üzrə praktik-nəzəri təlim – 2010;Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Mamalıq və ginekologiyanın aktual məsələləri – 2011;Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Mamalıq və ginekologiyanın aktual məsələləri – 2016.2010-cu ildə Praqada, 2012-ci ildə Lissabonda, 2016-cı ildə Vyanada beynəlxalq elmi konfranslarda iştirak etmişdir.
Assosiasiya
AR Səhiyyə Nazirliyi nəzdində aparılan attestasiyanı keçərək ali dərəcəli mama-ginekoloq adını alıb – 1990;AR Prezidentinin sərəncamına əsasən, "Əməkdar Həkim" fəxri adına layiq görülüb – 2011.
Prosedurlar
Normal və yüksək riskli hamiləliklərin aparılması;Normal və fəsadlaşmış doğuşlar;Qeysəriyyə əməliyyatı;Müxtəlif növ ginekoloji əməliyyatlar.

doktorinfo