Həkim Haqqında
Haqqında Surxay Hadıyev 1947-ci ildə Göyçayda doğulub. 1971-ci ildə Azərbaycan Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Elə həmin ildən də ATU-nun II Cərrahi xəstəliklər kafedrasında çalışır (baş laborant, assistent, dosent, professor).1990-cı ildən həmin kafedranın professorudur. 1995-1996-cı illərdə ATU-nun II Müalicə profilaktika fakültəsinin dekanı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2009-cu il tarixli sərəncamı ilə "Əməkdar Elm Xadimi", 17 iyun 2000-ci il tarixli sərəncamı ilə "Respublikanın Əməkdar Həkimi" fəxri adlarına layiq görülüb. Bir müddət "Baku City Hospital"ın direktoru vəzifəsində çalışıb.ATU-nun nəzdində Dissertasiya Şurasının Aprobasiya Seminarının Sədridir. 200-ə qədər elmi məqalənin, cərrahiyyə üzrə 30-a qədər ixtira və səmərələşdirici təklifin müəllifidir. 6 namizədlik dissertasiyasına rəhbərlik edib. Professor Surxay Hadıyev mədə-bağırsaq, qaraciyər və öd yolları, mədəalıtı vəzi cərrahi əməliyyatları üzrə dünya miqyaslı mütəxəssisdir. 2016-cı il sentyabrın 1-dən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikası direktorudur.
Ünvan
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası, Mirqasımov küç., 1004-cü məhəllə., Bakı, AzərbaycanMirqasımov küç., 1004-cü məhəllə., Bakı, Azərbaycan Bakı
Digər Həkimlər
Uzman Dr. Rəşad Sadıqov
T. ü. E. D, Prof. Emin Cavadov
Dr. Mətanət Əliyeva
Dr. Asif Qaranizadə
Vüsalə Ağalarova
Uzman Doktor Günel Məmmədova
süd vəzi plastik əməliyyatları, Mədə balonunun yerləşdirilməsi, Anal apses