doktorinfo

.

Dr. Ləman Əliyeva

Genital Estetika, Hamiləlik Təqibi, Ektopik Hamiləlik

Həkim Haqqında
Haqqında 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2013-cü ildə Türkiyədə İstanbul Universiteti İstanbul Tıp Fakultesi Kadın Doğum Anabilim dalında təhsil alıb. İŞTİRAK ETDİYİ KURSLAR (KONFRANSLAR) 2007-2008-ci və 2012-2013-cü illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda mamalıq və ginekologiya üzrə kursu keçib. 2015-ci il Fetusun kranial sisteminin dəyərləndirilməsi və Cell-Free DNA testi(Qanda amniyosentez) adlı nəzəri praktik kurs keçib.  2015-ci il Theoretical course, seminar on Radiology,Gynecology, Psychology. 2016-cı ildə Moskva L II Beynelxalq elmi-praktik konfransda iştirak edib. 2016-cı ildə  Ginekoloji problemlərə və riskli hamiləliklərə müasir yanaşma-Elmi-Praktiki simpoziumda iştirak edib. 2017-ci ildə Türkiyənin Yeditepe Universitet Xəstəxanasının mütəxəssislərinin iştirakı ilə Ginekoloji USM və İVF konfransında iştirak edib. 2017-ci il Qızıl Fonendoskop Fəxri Media Mükafatı alıb. 2017-ci il Okan Universiteti mütəxəssisləri-Qadın xəstəlikləri və hamiləlik seminarında 2017-ci il Perinatak diaqnostika və xərçəng genetikasında yeni nəsil texnologiyaları konfransı. 2017-ci ildə Qadın xəstəlikləri və doğum seminarı. 2018-ci ildə  "Aybaşı pozulması probleminə müasir yanaşma" mövzusunda konfrans. 2018-ci ildə "Ana və dölün sağlamlığına müasir yanaşma" mövzusunda konfrans. 2018-ci ildə "Vaginitlərin müalicəsində innovativ yanaşma" və "Hamiləlikdə rezus-izoimmunizasiyanın anti-D immunprofilaktikasının müasir standartları" mövzusunda konfrans. 2018-ci ildə "Ginekoloji təcrübədə progesteronun istifasənin müasir aspektləri" mövzusunda elmi konfrans. 2019-cu ildə 2-ci sertifikasiya. 2019-cu ildə "İstanbul Üniversitesi 9. Kadın Doğum Günleri" və " Kolposkopi kursu" İstanbul. ELMİ FƏALİYYƏT Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq və ginekologiya kafedrasının dissertantıdır. Elmi iş: "Abdominal doğuşların hüquqi tənzimlənmə mexanizminin gücləndirilməsi fonunda perinatal itkilərin səciyyələri" ÇALIŞDIĞI TİBB MÜƏSSİƏLƏRİ - 2005-2006-cı illərdə Mərkəzi Klinik Xəstəxanada internatura keçib. - 2006-2010-cu illərdə Tərtər rayon Mərkəzi Klinik Xəstəxanasında mama-ginekoloq vəzifəsində çalışıb. - 2011-2017-ci illərdə Yazıçılar birliyinin poliklinikasında ginekoloq vəzifəsində çalışıb. -2015-2017-ci illərdə German hospitalda mama ginekoloq vəzifəsində çalışıb. -2017-2020-ci illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsində cərrah mama ginekoloq vəzifəsində çalışıb. -2020-ci ilin avqust ayından German hospitalda cərrah mama-ginekoloq vəzifəsində çalışıb.Hazırda Badam Medical Centerdə cərrah mama-ginekoloq kimi çalışır. İXTİSASLAŞDIĞI TİBBİ SAHƏ  Ginekologiya 1. Vaginal plastika 2. Açıq üsul ilə (abdominal) uşaqlığın artımlarla birlikdə çıxarılması 3. Açıq və laparoskopik üsul ilə yumurtalıq kistlərinin, miomaların çıxarılması 4. Açıq və laparoskopik üsul ilə  boru əməliyyatları 5. Histeroskopik uşaqlıq anomaliyalarının (septum,sinexiya) aradan götürülməsi 6. Uşaqlıq ağzı patologiyalarının müalicəsi 7. Polikistozun, endometriozun və uşaqlıq qanaxmalarının müalicələri 8. Kolposkopiya Mamalıq 1. Hamiləliyin müşahidəsi 2. Riskli (yüksək təzyiq, şəkər xəstəlikləri və s.) hamiləliklərin müşahidəsi 3. İkili, üçlü və dördlü darama testləri 4. Uşaqlıq boynunun çatışmamazlığı əməliyyatı (serklaj) 5. Normal doğuş 6. Ağrısız normal doğuş 7. Qeysəriyyə əməliyyatı Sonsuzluq müalicəsi üzrə prosedurlar və ovulyasiyanın induksiyası Boruların yoxlanılması (HSG) Aşılama

Ünvan
Badam Medical Center, Badamdar qəsəbəsi Badamdar qəsəbəsi Bakı

doktorinfo