Həkim Haqqında
Haqqında Elnur Əkbərov Otorinolarinqologiya tibb sahəsi üzrə Gülhane Hərbi Tibb Akademiyasında uzmanlıq dərəcəsi qazanmış azərbaycanlı həkimdir.O, 1980-ci il mayın 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakının Yasamal rayonu, 158 saylı orta məktəbində alıb.1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə qəbul olan Elnur Əkbərov 2000-ci ilə kimi bu ixtisas üzrə, daha sonra 2000-2002 illərdə eyni universitetin Hərbi Tibb fakültəsində təhsilini davam etdirib.Bir neçə il Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif tibbi müəssisələrində xidmət göstərdikdən sonra Elnur Əkbərov 2009-cu ildə Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) "Qulaq, Burun, Boğaz və Baş, Boyun Cərrahiyyəsi" ixtisası üzrə uzmanlıq təhsilinə başlayaraq 2013-cü ildə təhsilini uğurla bitirib.Universitet təhsilindən sonra Elnur Əkbərov "American Academy of Otolaryngology–Head and Neck Surgery", Gülhanə Hərbi Tibb Akademiyası və "Turkish Society of Otorhinolaryngology Head and Neck Surgery" cəmiyyətlərinin təşkil etdiyi bir sıra proqramlarda qoşulub.Hazırda Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında həkimlik fəaliyyətini davam etdirən Uzman Dr. Elnur Əkbərov, AAO-HNSF ("American Academy of Otolaryngology – Head and Neck Surgery Foundation") və Türkiyə KBB-BBC ("Kulak, Burun, Boğaz və Baş, Boyun Cerrahisi") cəmiyyətlərinin və "Yüz Plastik Cerrahi Derneği"nin üzvüdür.
Ünvan
Silahlı Qüvvələrin Baş Klinik Hospitalı, Ceyhun Səlimov, 2, Bakı, NəsimiCeyhun Səlimov, 2, Bakı, Nəsimi Bakı