Anar Namazov
Həkim Haqqında
Medera Hospital Bariatriya Şöbəsinin müdiri.
Həkim artıq çəki patologiyalarının diaqnositkası və cərrahi mualicəsi ilə məşğul olur. Mərkəzi Klinik Xəstəxananın cərrahiyyə şöbəsinin müdiri və baş həkimin müavini vəzifələrində çalışmışdır. Bu müddətdə 1000-dən artıq uğurlu əməliyyat icra etmişdir və xəstəxanada endoskopik сərrahiyyə xidmətini qurmuşdur. 2004—2007-ci illərdə «Azərbaycan Endoskopik Cərrahlar Cəmiyyəti»nin sədri olmuşdur. 2003—2007-ci illərdə Azərbaycan Tibb Universitetinin kafedrasinda müəllim işləmişdir. 40-dan cox elmi məqalənin və bir metodik tövsiyyənin müəllifidir.
1997-1998-ci illərdə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində elmi işçi, ümumi cərrah vəzifəsində çalışmışdır,2003-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasında müəllim işləmişdir,2004-2008-ci illərdə "Azərbaycan Endoskopik Cərrahlar Cəmiyyəti"nin sədri olmuşdur,Ölkəmizdə ilk dəfə, bariatrik əməliyyat olan Mədənin boruvari rezeksiyası-Laparoscopic Sleeve Gastrectomy icra edən cərrahımızdır.
1997—1998 — Akademik M. A. Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, ümumi cərrah;1998—2001 — ABŞ-ın Hyuston şəhərində Baylor College of Medicine kolleci və Türkiyənin Ankara Numune Eğitim Ve Araştırma Hastanesi, cərrah;2001—2005 — Mərkəzi Klinik Xəstəxana, cərrahiyyə şöbəsinin müdiri və baş həkimin müavini;2003—2007 — Azərbaycan Tibb Universiteti, cərrahiyyə kafedrasında dərs deyib;Hazırda — «Medera Hospital».
Təhsili
Azərbaycan Tibb Universitetinə daxil olmuş və 1997-ci ildə ali təhsilini tamamlamışdır.1998-2001-ci illərdə ABŞ-ın Hyuston şəhərindəki Baylor Tibb Kollecində və Turkiyədəki Ankara Nümunə Xəstəxanasında cərrah kimi fəaliyyət göstərərək ixtisasını tamamlamışdır.2002-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
Kurslar
40-a yaxın elmi məqalənin və bir metodik tövsiyyənin müəllifidir.2013-cü ildə Strasburqda Avropa Telecərrahiyyə İnstitutunda (EİTS) bariatrik və metabolik cərrahiyyə üzrə ixtisasartırma kursu keçmişdir.
Prosedurlar
bariatrik əməliyyatlar (mədənin kiçildilməsi);hepatobiliar cərrahiyyə (ök kisəsi, öd yollarının cərrahiyyəsi);diafraqmal yırtıqların aradan qaldırılması və s.
Digər Həkimlər
Uzman Dr. Rəşad Sadıqov
T. ü. E. D, Prof. Emin Cavadov
Dr. Mətanət Əliyeva
Dr. Asif Qaranizadə
Vüsalə Ağalarova
Uzman Doktor Günel Məmmədova
süd vəzi plastik əməliyyatları, Mədə balonunun yerləşdirilməsi, Anal apses