Oqtay Kazimov
Həkim Haqqında
Həkim-neyrocərrah, neyroradioloq, kiçik çanaq və qarın boşluğunun damar patologiyasının cərrahiyyə müalicəsi üzrə təcrübəli klinisist. Həmçinin həkim doppleroqrafiya, exokardioqrafiya, neyrosonoqrafiya və angiosonoqrafiya üzrə ixtisaslaşır. Kiçik çanaq orqanlarının,endokrin vəzilərinin, yumşaq toxumaların patologiyasında dəqiq ultrasəs müayinəsini həyata keçirir.
Həkim haqqında1995—1996 illər – Daxili İşlər Nazirliyi Tibb İdarəsində Ağdam Polis İdarəsinin nəzdində həkim-ambulatoriyasında həkim-cərrah;1996—2004 illər - Daxili İşlər Nazirliyi Tibb İdarəsində Sumqayıt şəhər Polis İdarəsinin nəzdində həkim-ambulatoriyasında həkim-cərrah;2004—2013 illər - Səudiyyə Ərəbistan Krallığı, ARAR Central hospitalda həkim-cərrah;Hal-hazırda – «Turan» klinikası.
Təhsili
Azərbaycan Dövlət Tibb Universiteti (1988—1994 illər)
Prosedurlar
kiçik çanaq orqanlarının, endokrin vəzilərinin, yumşaq toxumaların patologiyasında ultrasəs müayinəsi;döl-plasentar qan dövranının doppleroqrafik müayinə və fetal exokardioqrafiyası; damarların doppleroqrafiya və angiosonoqrafiyası: ekstrakranial damarlar, yuxarı və aşağı ətraf arteriya və venaları, qarın boşluğu və kiçik çanaq damarları; neyrosonoqrafiya.