doktorinfo

.

İlyas Axundzadə

Həkim Haqqında
Həkimin ixtisası — plastik cərrahiyyə. İlk dəfə respublikada çənə, qırtlaq və digər orqanların bərpası üzrə mikrocərrahi əməliyyata rəhbərlik etmiş və həyata keçirmişdir. Hal-hazırda bu praktikanı həyata keçirməyə davam edir. Plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə profesional konsultasiya keçirir.
2002—2009 — Ege Xəstəxanası (Türkiyə);2009-cu ildən etibarən Mərkəzi Neftçilər Xəstəxanasınının qulaq-burun-boğaz şöbəsində işləyir.01.01.2010-cu il tarixində Azərbaycanda ilk dəfə olaraq azərbaycanlı həkimlər komandası ilə alt çənə defektinin sərbəst incik sümüyü calağı (free fibula flap) ilə bərpa edib.14.04. 2010-cu il tarixində Azərbaycanda ilk dəfə olaraq azərbaycanlı həkimlər komandası ilə udlaq defektinin sərbəst yan qol calağı (free lateral arm) ilə bərpa edib.
 
Təhsili
1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakultəsinsə təhsil alıb.2002-2008-ci illərdə Egey Universiteti Tibb Fakultəsi Xəstəxanası, Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə kafedrası, rezidentlik
Kurslar
2001-2002-ci illər Egey Universiteti Türk Dünyası Araştırma İnstitutu, Türk dili2006-cı il Egey Universiteti  Eksperimental Cərrahiyyə Kafedrası, Eksperimental Cərrahiyyə2007-ci il 5 –ci Beynalxalq Balkan Plastik Cərrahiyyə Konqresi (BAPRAS)2008-ci il 1-ci Türk-Azərbaycan Plastik Cərrahiyyə Günləri, Bakı,2011-ci il 33 –cü TPRECD (Türk Plastik, Rekonstrüktif ve Estetik Cerrahi)  kongresi2010- 2011-ci illərdə iki mərhələli imtahanı verərək Fellow of European Board of Plastic, Reconstructive and Aesthetic Surgery (Fellow of EBOPPRAS), yəni Avropa plastic, rekonstruktiv ve estetik cerrahiyyə şurasının üzvü adını aldı.2011-ci il EBOPRAS imtahanında göstərdiyi müvəffəqiyyət üçün Türk Plastik Cərrahiyyə Dərnəyindən təşəkkür məktubunu aldı.2014-cü il 3-cü Türk-Azərbaycan Plastik Cərrahiyyə Günləri, Bakı2014-cü il Yaxın Avrasiya-Afrika qulaq-burun-boğaz cəmiyyətinin 1-ci beynalxalq konqresi2015-ci Clinical attachment in the Plastic Surgery Department of the Queen Victoria Hospitalç NHS, Great Britain2015-ci il Ə.Əlıyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik ve rekonstruktiv cərrahiyyə kursu2017-ci il Azərbaycan Tibb Asosiasiyasının Gənc həkimlər layihəsinin çərçivəsində Plastik Cərrahiyyə Əsasları-1 seminar silsiləsinin təşkili
Prosedurlar
rinoplastika;üzün dartılması;qulaq formasının korreksiyası;döşlərin böyüdülməsi/kiçildilməsi/dartılması;ginekomastiyanın korreksiyası;liposaksiya;abdominoplastika;əl və bud dərisinin dartılması;intim plastika.
Anadangəlmə anomaliyaların korreksiyası:
dovşan dodaq;yastıpəncəlik;üz zədəsi;hipertelorizm;qulağın olmaması;mikrosomiya;boyun əyriliyi;hipospadiya.

Digər Həkimlər

Dr. Elçin Əzizov

Dr. Elçin Əzizov

Plastik cərrah

Səkinə Xudiyeva

Plastik cərrah

Uzman Doktor Günel Məmmədova

Plastik cərrah, Ümumi Cərrah

süd vəzi plastik əməliyyatları, Mədə balonunun yerləşdirilməsi, Anal apses

Op. Günel Bayramlı

Plastik cərrah

Dilqəm Məmmədov

Plastik cərrah

Dr. Ruslan Rəsul

Plastik cərrah

Burunda estetik əməliyyatlar, Qaş və göz qapağı əməliyyatları, Üz və dodaq əməliyyatları

Mahmud İsmayılov

Plastik cərrah

Dr. Könül Ağamirova

Plastik cərrah

Burunda estetik əməliyyatlar, Qaş və göz qapağı əməliyyatları, Üz və dodaq əməliyyatları

doktorinfo