Epilepsiya tutmaları zamanı ilk yardım

Epilepsiya tutmaları zamanı ilk yardımEpilepsiya krizləri, fərqli formalarda meydana gəlir. Yerə yıxılma, vücudun nəzarətdən kənar hərəkətləri və s. Belə tutmaların təhlükəli ola biləcəyini vurğulayan mütəxəssislər, epilepsiya keçirən şəxsə su və ya qidanın verilməməsinin vacib olduğunu dilə gətirirlər. Bu barədə türk neyroloji mütəxəssisi Barış Metinin dediklərini təqdim edirik.
Bəzi xəstələrdə kriz anı sakit, sabit duruş formasında baş verir. Ancaq bəzi tutmalarda isə şəxs yerə anidən yıxıla və vücud spazmları tuta bilər. Bu zaman təcili tibbi yardıma müraciət etmək lazımdır.

Bəs ilkin müdaxilə necə olmalıdır?

Bu zaman şəxsi ehtiyyatla yerə uzatmaq lazımdır. İlk olaraq sakit qalmalısınız.

Şəxsə zərər verə biləcək əşyaları ətrafından uzaqlaşdırın.

Başının altına yumşaq nəisə qoyun.

Sol tərəfə çevirin və rahat nəfəs almasını asanlaşdırın.
Sinə düyməsini açın və boğaz nahiyəsi açıq, sıxılmamış formada qalmalıdır.

İnsanlar adətən kömək məqsədilə bəzi hərəkətlər edirlər ki, əslində bu, kriz keçirən insana köməkdən çox zərər verir.
Epilepsiya tutmaları zamanı ilk yardımBunlar hansılardır?

Spazmları dayandırmağa çalışmayın, özünün vaxtı var.

Ağzına bir şey salmayın, bu çənə və dişlərdə zədələnmələrə yol aça bilər.

Süni tənəffüs etməyə çalışmayın, tutmalar bitən zaman tənəffüs geri gəlir.

Özünə tam gələnə qədər su və ya qida verməyin. Şüuru yerində olmayan zaman verəcəyiniz qida ağciyərlərə keçə bilər.

Sağlamlıq Xəbərləri     Baxılıb: 160   Tarix: 05 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Psixologiya nədir?

Psixologiya elmi nədir?. Psixologiya insan zehninin fəaliyyətini, davranışını və emosional təcrübələrini öyrənən elm sahəsidir. Tarixi qədimlərə dayanır. xəbər verir ki, psixolgiya insanın psixikasını, yəni ruh halını öyrənir

Endokrinologiya nədir?

Endokrinologiya tibb elminin çox vacib və əhəmiyyətli sahələrindən biridir. Endokrin sistemi daxili vəzləri bir araya toplayır. xəbər verir ki, daxili sekresiya vəziləri hormon sintez edən və ifraz edən orqanlardır. Endokri

Yaz allergiyasından necə qorunmalı?

İsti günlərin, yaz fəslinin gəlməsi ilə allergiyanın artması mümkündür. Bu aylarda tumurcuqlar, polenlərə qarşı allergiyası olan şəxslərdə vəziyyətin pisləşməsi müşahidə edillə bilir. xəbər verir ki, bahar allergiyası bitk

Histamin nədir?

Histamin, insan vücudunda təbii olaraq mövcud olan, bitki və heyvanlar tərəfindən sintez edilə bilən bioloji amindir. xəbər verir ki, histidin tərkibli qida maddələri histaminə çevrilə bilir. Histamin ola bilməsi üçün ortamd

Amiloidoz xəstəliyi: Əlamətlər və müalicəsi

Amiloidoz, amiloid adı verilən və sümük iliyində istehsal olunan bir zülalın orqanlarda düzgün olmayan formada toplanması nəticəsində ürək, böyrəklər, qaraciyər, dalaq, sinir, həzm sistemi kimi orqanların düzgün çalışmamasın

Müalicəvi massajın faydaları

Digər adı ilə də bilinən Medikal massaj stress atma və rahatlamaq, bəzi xəstəliklərin müalicəsi üçün edilən massaj növüdür. Vücudun dövran sisteminə yaxşı təsir etməkdə və ümumilikdə ağrı, iltihablanma, sinir sıxışması kim

Burqer xəstəliyi: Əlamətlər və müalicəsi

Burqer xəstəliyi, qollarda və ayaqlarda mövcud olan damarlarda inkişaf edən və nadir görülən xəstəlikdir. Siqaret istifadəsi ilə bağlı inkişaf edən və adətən kişilərdə görülən arteriya xəstəliyidir. xəvər verir ki, xəstəliyi

Günəş ləkələrindən necə qurtulmaq olar?

Günəş şüalarının insan sağlamlığı üçün hər nə qədər faydası olsa da müxtəlif zərərləri də vardır. Xüsusillə yaz aylarında tez-tez günəşə məruz qalmaq dəridə günəş yanıqlarına yol aça bilər. xəbər verir ki, günəş şüaları başd

Qəfil ölüm nədir?

Son zamanlar ani ölümlərin sayında artım müşahidə edilir. xəbər verir ki, qəfləti ürək ölümü və qəfləti koronar ölüm fərqli anlayışlardır. Bəs qəfləti ürək ölümü nədir?. Qəfləti ürək ölümü – anamnezdə koronar patologiyay


dis agrisi cinsi xestelikler babasil mualicesi boyrek agrisi