Bronxitin təbii müalicəsi

Bronxitin təbii müalicəsiBronxit, allergen səbəbiylə meydana çıxan iltihabi vəziyyətdir. Bronxitdən əziyyət çəkənlər bəlğəmli öskürürlər. Öskürək, bəzən hərarət, qarın ağrısı, iştahsızlıq və s. kimi əlamətlərlə özünü biruzə verir.

Doktorinfo.az xəbər verir ki, dəqiq müayinə və müalicəni isə allerqoloq təyin edir. Bronxit barədə daha geniş məlumatı öncə dərc edilən məqaləmizdən əldə edə bilərsiniz.

Müalicə zaman tibbi vasitələrlə yanaşı təbii vasitələrdən də istifadə edilir. Bəs bu problemə nə yaxşı təsir göstərə bilər?

Bronxitin tebii mualicesi nece aparilir?

Gərəklidir:

5 qr dəvədabanı yarpağı

5 qr zirə

10 qr bəlğəmotu kökü

25 qr şirin biyan kökü

Hazırlanması:

Xırda doğranılaraq qarışdırılır. Daha sonra qarışıqdan 1 xörək qaşığı götürülür. Üzərinə 1 stəkan qaynar su əlavə edilir. 2 saat ərzində dəmlənilir və süzülür. Gün ərzində 3 dəfə istifadə etmək mümkündür. 1 xörək qaşığı qədər qəbul edilməlidir.

Digər resept:
Bronxitin təbii müalicəsi1 stəkan süd və 1 xörək qaşığı adaçayı bir qaba tökülür. Az qazda qaynadılır. Soyudulur və daha sonra yenə qaynadılır. Yatmazdan öncə isti halda qəbul edilir.
Gülxətmi bitkisi də öskürək əleyhinə olan bitkilərdən hesab edilir.

Bunun üçün xırdalanmış 50 qr gülxətmi kökü lazımdır. Həmçinin 50 qr kəklikotu kökü qarışığından 3 xörək qaşığı 0,5 l qaynar suda 10-15 dəqiqə dəmlənilir. Gün ərzində 3 dəfə qəbul edilir. 0,5 stəkan qəbul etdilməyi kifayətdir.

Moruq yarpaqlarının çayını içmək də sinəyə çox yaxşı təsir göstərir. Bəlğəmin qarşısını alır. Laringit və bronxit zamanı tövsiyə edilir.
Həmçinin bununla bağlı həkim-fitoterapevt Fizuli Hüseynov da bu problem üzrə faydalı olacaq məcunun reseptini təqdim edib.

Gərəklidir:

Qarazirə tozu 50 qram

Ud hindi tozu 50 qram

Andız kökü tozu 40 qram

Biyan kökü tozu 40 qram

Bal 500 qram

Propolis (vərəmum) 50 qram

Zəncəfil tozu 40 qram

Keçibuynuzu bəkməzi 500 qram
Bronxitin təbii müalicəsiHazırlanması:

Bitkilər quru toz formasında olmalıdır. Bunlar bal və bəhməzlə qarışdırılır. Propolisi 1 gün ərzində soyducunun buzxanasında saxlayıb sürtkəcdən keçirib məcuna qarışdırmaq lazımdır. Hazır olan qarışımı böyüklər və kiçiklər istifadə edə bilərlər. Belə ki, böyülklər, uşaqlar da gündə 3 dəfə istifadə edə bilərlər. Böyüklər yeməkdən 1 saat əvvəl 1 xörək qaşığı, uşaqlar isə 1 saat əvvəl 1 çay qaşığı qədər qəbul etməlidirlər. Məcundan bronxit xesteleri ilə yanaşı xroniki bronxit, allergik bronxit, və astma xəstələri də istifadə edə bilərlər.

Qeyd edək ki, məcuna qatılanlara qarşı allergiyanızın olub-olmadığından əmin olduqdan sonra istifadəniz tövsiyə edilir.

Xalq Təbabəti     Baxılıb: 1372   Tarix: 20 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Dərdinizin dərmanı bu bitkidədir

Zəfəran dünyanın bahalı ədviyyatlarından hesab edilir. Bahalı olduğu qədər də insan orqanizminə olduqca faydalıdır. Belə ki, zəfəran psixoloji problemlərdən immun sisteminə qədər yaranan bir çox xəstəliklərin müalicəsind

Sarımsaqla qurd müalicəsi

Qurd problemi hər yaş qruplarında görülə bilir. Qıl qurdu isə ən geniş yayılan növüdür. xəbər verir ki, 5 ilə 14 yaş arasındakı usaqlarda daha çox müşahidə edilir. Yoluxucu xəstəlik olsa da öldürücü deyil. Bəzi xəstələrd

Yasəmən yağının faydaları

Gözəl qoxusu və özünə xas görüntüsü ilə seçilən yasəmən yağının bilmədiyimiz bir çox faydaları var. Yasəmən yağının faydaları nələrdir?. təqdim edir:. Vücuda müxtəlif tesirleri mövcuddur. Yasəmən yağı astiseptik və antibaktria

Cinsi zəifliyi aradan qaldıran vasitələr

Cinsi zəifliyi səbəbindən asılı olaraq təbii və tibbi üsullarla müalicə edərək aradan qaldırmaq mümkündür. -ın təqdim etdiyi türkə çarə vasitələrlə mövcud problemi aradan qaldıra bilərsiniz. Həmçinin bu üsulların vücudunuz

Gözaltı göyərmələrin səbəbləri və təbii çarəsi

Gözaltı göyərmələr zamanla hər insanın başına gələn dəri problemidir. Yorğunluq, genetik faktorlar kimi bir çox fərqli səbəblə ortaya çıxa bilən gözaltı göyərmələri estetik olaraq həm narahat edir, həm də həyat keyfiyyətin

Mazolun müalicəsi

Ayaq mazollarının yaranması ən geniş yayılan problemlərdən biridir. Mazollar ayaq dərisinin uzun müddət ərzində sıxılması nəticəsində yaranır. xəbər verir ki, düzgün seçilməmiş ayaqqabılar, dar corablar bu hala zəmin yaradır

Baş ağrılarını azaldan çaylar

Baş ağrıları əksər insanın ortaq problemidir. xəbər verir ki, bir çox insan dərmana üz tutsa da bəziləri gündəlik əziyyət çəkdiyi baş ağrılarından təbii yollarla xilas olmaq istəyir. Bes bas agrilarini azaldan caylar hansilardir?

Daim əlləriniz üşüyür? - Səbəbi və həll yolu

Bir çox insan əllərinin, barmaqlarının daim soyuq olmasından şikayətlənirlər. Bədənləri üşüməsə də əllər və barmaqlar buz kəsir desək yanılmarıq. xəbər verir ki, buna sebeb barmaqlara kifayət qədət qanın çatmamasıdır. Bə

Çiyin ağrıları zamanı xalq təbabəti

Uzun müddət yanlış oturma pozisiyası, anidən edilən yanlış hərəkət çiyin ağrılarına zəmin yaradır. Çiyin ağrıları nə üçün olur?. faktorları təqdim edir:. Duruş pozğunluqları. Stress. Kompüter arxasında uzun müddət oturma


cinsi xestelikler dis agrisi bogaz agrisi tecili tibbi yardim